RU

Əhməd Şaraa: İsraillə təhlükəsizlik sazişinə doğru tərəqqi var

BAKI, 25 avqust. TELEQRAF

Suriya və İsrail nümayəndə heyətləri təhlükəsizlik tədbirləri üzrə ikitərəfli sazişin hazırlanması ilə bağlı danışıqlarda irəliləyiş əldə ediblər.

Teleqraf xəbər verir ki, bunu Suriyanın keçid dövrü Prezidenti Əhməd Şaraa ərəb KİV-lərinin nümayəndələri ilə görüşdə bildirib.

“Biz ikitərəfli razılaşmalara doğru irəliləyiş əldə etdik. Müzakirə olunan saziş İsrail və Suriya hərbi qüvvələrinin 1974-cü ildə müəyyən edilmiş təmas xəttinə qayıdışa əsaslanacaq”, - o deyib.

Şaraa həmçinin Yaxın Şərq ölkələri arasında iqtisadi inteqrasiyanın vacibliyini qeyd edib.

O, Suriya və regionun maraqlarına cavab verən hər hansı qərarı tərəddüd etmədən qəbul edəcəyini və ya müqaviləni təsdiqləyəcəyini vurğulayıb.

Избранный
29
4
teleqraf.com

6Источники