RU

ABŞ ın Fransadakı səfiri Makronu antisemitizmlə kifayət qədər mübarizə aparmadığına görə qınayıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 25 avqust, AZƏRTAC

ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşner Fransa Prezidenti Emmanuel Makrona məktub yazıb və onu ölkəsində antisemitizmlə kifayət qədər mübarizə aparmadığına görə qınayıb.

AZƏRTAC xəbər verir ki, müraciətdə səfir Fransada antisemitizmin kəskin artmasından narahat olduğunu yazıb.

Kuşnerin iddiasına görə, ölkədə bir gün belə olmur ki, yəhudilərə qarşı küçələrdə hücum olmasın, sinaqoqlar, məktəblər və ya onlara məxsus bizneslər vandalizmə məruz qalmasın.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
2
azertag.az

10Источники