RU

Yolda günəbaxan tumları qurudan sahibkar məsuliyyətə cəlb edildi -VİDEO

 

Bununla bağlı “Qafqazinfo”ya şikayət edən sakinlər bildiriblər ki, sahibkar sahələrdən toplanan günəbaxan tumlarını quruması üçün yola səpdirir,  bu da avtomobillərin hərəkətinə maneələr yaradır.

 

Sürücülər bildirirlər ki, belə olan halda qarşıdan gələn digər avtomobili gözləməli olurlar ki, bu da vaxt itkisi yaradır və gedib-gələnlərin işə vaxtında çatmamasına səbəb olur.  

 

DİN Mətbuat Xidmətinin regional qrupundan saytın sorğusuna cavab olaraq bildirilib ki, Tərtər rayonu ərazisində avtomobil yoluna günəbaxan tumlarının yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən  araşdırılıb.

 

Qeyd olunub ki, Bayandurlu kəndi ərazisindən keçən avtomobil yoluna günabaxan tumları səpərək hərəkəti məhdudlaşdıran şəxsin rayon sakini, 1975-ci il təvəllüdlü Ayaz Məmmədov olması müəyyən edilib.

 

Görülmüş tədbirlərlə A.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib: “Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, yolların təmiz saxlanılması, hərəkətin təhlükəsizliyinin təmin olunması ümumi məsuliyyətdir. Yolun hərəkət hissəsinə müxtəlif əşyaların, o cümlədən məişət və kənd təsərrüfatı məhsullarının yığılması qəza təhlükəsi yaradır və qanunla qadağandır”.


Избранный
47
14
senzor.az

10Источники