RU

Ukrayna Rusiyanın Kursk AES-ini və Ust-Luqa yanacaq terminalını vurub

Avqustun 24-də - Ukraynanın Müstəqillik Günündə Rusiyaya kütləvi dron hücumu nəticəsində Kursk Atom Elektrik Stansiyasında (AES) reaktorun gücü azaldılıb, Ust-Luqa yanacaq terminalında isə böyük yanğın baş verib.


Reuters xəbər verir ki, Rusiyanın hava hücumundan müdafiə vasitələri stansiya yaxınlığında dronu vurub, partlayış köməkçi transformatoru sıradan çıxarıb və yanğına səbəb olub, nəticədə reaktor №3-ün gücü 50% azaldılıb. Hadisə nəticəsində insan tələfatı olmayıb, radiasiya səviyyəsi normal qalıb. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) də məlumatı təsdiqləyib.

 

Eyni vaxtda, Leninqrad vilayətinin Ust-Luqa limanı üzərinə endirilən zərbədən sonra “Novatek” şirkətinə məxsus yanacaq terminalında güclü yanğın başlayıb. Şahidlərin yaydığı görüntülərdə dronun birbaşa terminala çırpıldığı, ardınca alov və qara tüstü buludunun yüksəldiyi görünür.

 

Rusiya rəsmilərinin bildirdiyinə görə, xəsarət alan olmayıb, lakin Pulkovo daxil olmaqla bir sıra hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb. Samara vilayətinin Syzran şəhərindəki sənaye obyektinə də dron hücumu nəticəsində bir uşaq yaralanıb.

 

Ukrayna tərəfi hadisələr barədə rəsmi açıqlama verməyib. Kiyev ümumilikdə belə zərbələrin Rusiyanın davam edən hücumlarına cavab və Moskvanın hərbi infrastrukturunu sıradan çıxarmaq məqsədi daşıdığını bildirir.

Избранный
6
1
senzor.az

2Источники