Amerikanın "SpaceX" şirkəti avqustun 24-nə planlaşdırılan və 10-cu sınaq uçuşu olması nəzərdə tutulan "Starship" kosmik gəmisinin prototipi olan raketin buraxılışını texniki problemlərə görə ləğv etmək qərarına gəlib. SİA xəbər verir ki, bu barədə şirkətin "X" hesabında məlumat verilib. Qeyd edilib ki, buraxılış ABŞ-ın Şərq sahili vaxtı ilə 19:30-da (Bakı vaxtı ilə 03:30-da) Texas ştatında yerləşən Starbase kosmodromundan həyata keçirilməli idi. “Bu günkü "Starship" buraxılışını ləğv edirik ki, yerüstü sistemlərdə zəruri işləri apara bilək”, – deyə şirkət X sosial şəbəkəsində bildirib. Yeni buraxılış tarixilə bağlı məlumat verilməyib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта