Bakı. Trend:
Türkiyədə keçirilən “Bosfor 2025” üzgüçülük marafonu faciə ilənəticələnib.
Trend xəbər verirki, 29 yaşlı rusiyalı üzgüçü Nikolay Sveçnikov boğazı üzüb keçməyəçalışarkən itib.
O, yarışa ilk başlayanlardan biri olsa da, startdan təxminən500-600 metr sonra gözdən itib.
6,5 kilometrlik məsafəni əhatə edən marafonda ümumilikdə 3000nəfər iştirak edib. Lakin yalnız Sveçnikov finişə çatabilməyib.
Hazırda idmançının axtarışları davam etdirilir.