RU

Avropa poçt xidmətləri ABŞ-a bağlama göndərməyi dayandırır – SƏBƏB

Avropa poçt xidmətləri dəyəri 800 dollara qədər olan bağlamaları tariflərdən azad edən “de minimis” rejiminin ləğvindən sonra ABŞ-a tədarükləri dayandırmağa başlayıblar.

Heftelik.az  xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Qeyd olunub ki, qərar avqustun 29-da qüvvəyə minir və beynəlxalq ticarətdə və hədiyyələrin çatdırılmasında fasilələrə səbəb ola bilər.

Avropada milli poçt xidmətlərini birləşdirən “PostEurop” Assosiasiyası bildirib ki, yeni qaydalarla bağlı qeyri-müəyyənlik və onların həyata keçirilməsi üçün vaxtın azlığı çatdırılmaları dayandırmağa məcbur edir. Təşkilatın məlumatına görə, ən azı 16 poçt operatoru artıq ABŞ-a çatdırılmaların müvəqqəti dayandırıldığını və ya məhdudlaşdırıldığını elan edib.

Onların arasında Böyük Britaniya, Belçika, Almaniya, Fransa, Yunanıstan, Avstriya və Şimali Avropa ölkələrinin poçt xidmətləri var.

Mütəxəssislərin fikrincə, keçən il ABŞ-a “de minimis” qaydaları ilə təxminən 1,3 milyard paket gəlib ki, bunun da təxminən 60%-i Çindən olub. Yeni tariflər artıq məşhur Shein və Temu bazarlarına təsir edərək onların çatdırılma qiymətini artırıb.

Избранный
25
3
heftelik.az

4Источники