RU

Ukraynanın davamlı dəstəyə ehtiyacı olacaq - Brekelmans

Ukraynanın özünü müdafiə etmək və Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün davamlı dəstəyə ehtiyacı olacaq.

Axar.az xəbər verir ki, bunu Niderlandın müdafiə naziri, xarici işlər naziri vəzifəsini icra edən Ruben Brekelmans deyib.

"Hərbi yardıma gəlincə, bunu davam etdirməliyik. Bunu indi etməliyik, çünki Ukrayna döyüş meydanında mövqeyini saxlamalıdır. Atəşkəs və ya sülh razılaşması olarsa, Ukraynanın hələ də davamlı dəstəyə ehtiyacı olacaq - müdafiə və Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün. Buna görə biz təhlükəsizlik zəmanətlərindən danışırıq",- o bildirib.

Избранный
3
3
axar.az

4Источники