Misli Premyer Liqasında 2-ci tura bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun son günündə 1 oyun baş tutacaq.
Turun bağlanış matçı Qəbələdə reallaşacaq. Eyniadlı komanda "Zirə"ni qonaq edəcək. Saat 19:00-da start götürəcək qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.
Hər iki komanda mövsümə xal itkisi ilə başlayıb. "Qəbələ" "Karvan-Yevlax"la, "Zirə" isə "Araz-Naxçıvan"la 1:1 hesablı bərabərliklə kifayətlənib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında meydan sahiblərindən qələbə qazanan olmayıb:
"İmişli" - "Neftçi" 0:0
"Qarabağ" - "Sumqayıt" 0:1
"Kəpəz" - "Karvan-Yevlax" 2:3
"Şamaxı" - "Sabah" 1:2
"Turan Tovuz" - "Araz-Naxçıvan" 1:2
Misli Premyer Liqası
1-ci dövrə, 2-ci tur
25 avqust
19:00. “Qəbələ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev, Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu