RU

Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatları 28%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Gürcüstan arasındaticarət əməliyyatlarının həcmi 464,8 milyon ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 102,7 milyon ABŞ dolları və ya 28,4% çoxdur.

Hesabat dövründə Gürcüstan ilə ticarət əməliyyatlarıAzərbaycanın ümumi ticarət dövriyyəsinin 1,61%-i həcmində olub.Bununla da Gürcüstan Azərbaycanın ən çox ticarət əməliyyatlarıapardığı ölkələr sırasında 10-cu yerdə qərarlaşıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 382,2milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 75,4 milyon ABŞ dolları və ya 24,6%çoxdur.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında GürcüstandanAzərbaycana 82,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 27,3 milyon ABŞ dolları vəya 49,5% artım deməkdir.

Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzindəAzərbaycandan Gürcüstana 183,5 milyon ABŞ dolları dəyərindəqeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk yeddiayı ilə müqayisədə 48 milyon ABŞ dolları və ya 35,4% çoxdur.

Hesabat dövründə Gürcüstana qeyri-neft məhsullarının ixracıAzərbaycanın ümumi ixracında 8,79% paya sahib olub. Bununla dasözügedən ölkə Azərbaycandan 4-cü ən çox qeyri-neft məhsulları alanölkə olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanxarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25%çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illikifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Məqalədə:
Избранный
38
5
az.trend.az

10Источники