RU

"Turan Tovuz"la oyunda vurulan ilk qol "Araz-Naxçıvan" üçün əlamətdar olub

Misli Premyer Liqasının II turunun “Turan Tovuz”la oyununda vurulan ilk top “Araz-Naxçıvan” üçün əlamətdar olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisi Premyer Liqada 50-ci səfər qoluna imza atıb.

Yubiley qolunun müəllifi 38-ci dəqiqədə fərqlənən Şarl Boli olub. Naxçıvan klubu 59-cu səfər görüşündə qol sayını 51-ə də çatdırıb.

Elmar Baxşıyevin yetirmələri rəqib meydanında 2:1 hesabı ilə qalib gəlib. Bu, klub tarixinə Premyer Liqada ümumilikdə 116-cı matçda 35-ci qələbə kimi düşüb.

Qeyd edək ki, “Araz-Naxçıvan” ilk qələbəsini 2000-ci il avqustun 20-də səfərdə “Şahdağ” (Quba) üzərində qazanıb – 1:0. Qələbə qolunun müəllifi İlham Allahyarov klub tarixinə ilk səfər qolunun müəllifi kimi düşüb.

Избранный
8
19
report.az

10Источники