RU

Universitetlərə qeydiyyat üçün tələb olunan sənədlər - SİYAHI

Xəbər verdiyimiz kimi, Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb. Ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. Bundan sonrakı mərhələ isə tələbə adını qazanan şəxslərin Universitetlərə qeydiyyat prosesidir. 

Operativ Media xəbər verir ki, universitetlərdə qeydiyyat üçün tələb olunan sənədlər aşağıdakılardır:

  • Şəxsiyyət vəsiqəsi (əsli və ya surəti tələb oluna bilər) 

  • Tam orta təhsil haqqında sənəd — attestat (əsli və bəzən surəti)

  • Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi (oğlanlar üçün mütləqdir)

  • Fotoşəkil (3×4 ölçülü foto və ya rəqəmsal variant)

  • Təhsil haqqının ödənilməsi qəbzi — ödənişli əsaslarla qəbul olanlar üçün tələb olunur. Bəzi universitetlərdə təhsil haqqının ən azı 50 faizini ödəmək ilkin qeydiyyat üçün məcburidir. 

  • Qeydiyyat zamanı tərcümeyi-hal tələb oluna bilər.

  • Bəzi universitetlər sağlamlıq arayışı da tələb edirlər.  

Избранный
7
operativmedia.az

1Источники