RU

Paşinyan müharibənin qarşısını almaq şansını bilərəkdən niyə buraxdı?....O, bəlkə də İlham Əliyev haqda bu sözləri deyib...


"Bakı Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev özünün facebook səhifəsində maraqlı paylaşım edib. A.Quliyev yazır: "Ermənistanın əsas müxalif qüvvələri bu sualla Paşinyanın üstünə qalxıblar.Baş nazir ölkənin müstəqillik Bəyannaməsinin 35 illiyi münasibətilə avqustun 23- də xalqa müraciətində bu suala məxsusi şəkildə cavab verməyə çalışıb.
Paşinyan deyib: "Düz 7 ildir qarşımda qaldırılan sualı aydınlaşdırmaq istəyirəm.Məni ittiham edirlər ki, niyə 2020 - ci ilin sentyabrında könüllü güzəştə gedərək 44 günlük müharibənin qarşısını almadım. Cavab verirəm. Mən o zaman güzəştə getsəydim,Ermənistan dövlətçiliyini və müstəqilliyimizi qeyri - proporsional qaydada daha artıq dərəcədə itirə bilərdik. Ermənisran heç vaxt indiki qədər süveren, indiki qədər müstəqil və indiki qədər inkişafda olmayıb. 29.7 min kv kilometr ərazidə real Ermənistanı qazandıq".
Bəs müxalifətin Paşinyandan tələb etdiyi Azərbaycana edilməli güzəştin mahiyyəti nədir?Ölkənin əsas müxalif qüvvələri Minsk Qrupunun 2020- ci ilədək təklif etdiyi son həll modelinin müharibəsiz qəbul olunmasını nəzərdə tuturlar.Onlar Paşinyanı " şişə taxırlar " ki, əgər müharibədən yan keçərək Minsk Qrupunun planını qəbul etsəydik, 5 rayonu Azərbaycana təhvil verərək Laçını və Kəlbəcəri əlimizdə saxlayardıq ,Laçın dəhlizi əlimizdə qalardı, 120 min erməni köçüb getməzdi, Dağlıq Qarabağ status məsələsi həll edilənə qədər yenə əlimizdə qalardı ,Zəngəzur dəhlizinin isə heç söz- söhbəti də getməzdi....
Избранный
4
baki-xeber.com

1Источники