RU

İran: Azərbaycan üzərindən Rusiya qazının tədarükü yaxın vaxtlarda başlayacaq

İran ümid edir ki, Azərbaycan üzərindən Rusiya qazının tədarükü yaxın vaxtlarda başlayacaq.

Marja xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS-a bildirib.

Onun sözlərinə görə, İran tərəfi hazırda "Qazprom" ilə danışıqlar aparır və demək olar ki, bütün məsələlər həll olunub. Yalnız qiymət məsələsi qalıb; bu məsələnin də həllindən sonra tədarük prosesinin başlanacağı gözlənilir.

Daha əvvəl Rusiya Energetika naziri Sergey Çivilev, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 18-ci iclasında bildirib ki, mövcud infrastruktur vasitəsilə Rusiya qazının Azərbaycan üzərindən tədarükünə artıq 2025-ci ildə başlanacaq və illik həcmin 1,8 milyard kubmetr təşkil edəcək .

Xəbərdə qeyd edilib ki, bu addım, İranın enerji sahəsindəki ehtiyaclarını qarşılamaq və regional enerji təhlükəsizliyini gücləndirmək məqsədini daşıyır.  Azərbaycanın mövcud qaz infrastrukturunun istifadəsi, bu tədarükün həyata keçirilməsini mümkün edir.

Избранный
3
marja.az

1Источники