RU

İtaliya ilə ticarət dövriyyəsinin həcmində müsbət dinamika davam edir

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin ümumi həcmi 7,5 milyard dollara bərabər olub ki, bu da 2024-cü ilin müvafiq dövrünə nisbətən 20,6 faiz çoxdur. Ötən ilin müvafiq dövründə bu ölkə ilə ticarət dövriyyəsi 6,2 milyard dollar idi.

İxrac – idxal:

Azərbaycandan İtaliyaya ixrac: 7,1 milyard dollar (+21,53 faiz)

İtaliyadan Azərbaycana idxal: 303,3 milyon dollar (+2,88 faiz)

Cari ilin ilk 7 ayının nəticələrinə əsasən, ölkənin ümumi ticarət dövriyyəsində İtaliya ilə ticarətin payı 26 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 2,9 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi

Избранный
4
vergiler.az

1Источники