RU

"2017-də şirkətimizin 300-ə yaxın işçisi var idi, hazırda isə 1 000 nəfərdən artıqdır"

"2017-ci ildə FMG yarandığında onun 300-ə yaxın işçisi var idi. Hazırda isə komandamız 1 000-dən artıq əməkdaşla təmsil olunur".

Marja xəbər verir ki, bunu "Facility Management Group" MMC-nin (FMG)  direktoru İlham Allahverdiyev bildirib.

O, "Onların əksəriyyətinin şirkətimizdə 3 ildən 5 ilə qədər təcrübəsi var" deyərək, sözlərinə belə davam edib:

"Bu gün rəhbər vəzifələrdə çalışan əməkdaşlarımızın yarısı FMG-də əmək fəaliyyətlərinə aşağı vəzifələrdən başlayıblar. Bu, istedadlı əməkdaşlarımızın karyeralarında irəliləmələri üçün verdiyimiz dəstəyi açıq şəkildə göstərir. Biz gələcək strateji kadr ehtiyatlarımızı indidən planlayırıq. Həyata keçirdiyimiz təcrübə proqramları sayəsində gənc istedadlara FMG ailəmizə qatılaraq karyeralarının ilk addımlarını bizimlə atmaq, peşəkar mütəxəssislərdən öyrənmək, təcrübə qazanmaq və uğurlu karyeralarını bizimlə qurmaq imkanı yaradırıq. İnsanlar bu şirkətə müvəqqəti yer kimi baxmırlar. Biz işçilərimizi daim inkişaf etdiririk, müəyyən yerə gəldikdən sonra onların inkişafını dayandırmırıq. Bizim işçimiz daima öyrənməlidir, belə olmasa, o şirkətə dəyər qatmaz".

Qeyd edək ki  FMG 2017-ci ildə eyni holdinqdə təmsil olunduğu "PMD Group" MMC-nin daşınmaz əmlak layihələrini idarə etmək üçün yaradılıb.  Şirkət daşınmaz əmlakın satışı, icarəsi (yaşayış mənzilləri, biznes mərkəzləri), onlara xidmət göstərilməsi fəaliyyətlərilə məşğul olur.

FMGFacilityManagementGroupİlhamAllahverdiyevİşçisayıƏməkdaşTəcrübəKaryeraStratejikadrehtiyatıTəcrübəproqramlarıGəncistedadlarPeşəkarmütəxəssislərİnkişafDaşınmazəmlakPMDGroupSatışİcarəBiznesmərkəziXidmətfəaliyyətiHoldinqŞirkət
Избранный
9
1
marja.az

2Источники