RU

Lavrov: Rusiya Ukrayna danışıqları İstanbulda davam edəcək

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin Alyaskada keçirilən Rusiya-ABŞ sammitindən sonra ABŞ lideri Donald Trampla telefon danışığında Moskvanın İstanbulda başlamışn birbaşa Rusiya-Ukrayna danışıqlarını davam etdirməyə hazır olduğunu bildirib. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikanın NBC News telekanalına müsahibəsində bildirib.

Məlumatı “Anadolu” verib. 

Lavrov deyib: “Artıq üç raund keçirilib. Vladimir Vladimiroviç Putin qeyd edib ki, yüksək səviyyəli görüşlər, xüsusən də Rusiya və Ukrayna liderləri arasında çox yaxşı işlənib hazırlanmalıdır. Ona görə də tərəflər arasında razılaşdırılmış hazırlıq prosesi lazımdır. Bunun üçün İstanbulda görüşən və görüşəcək nümayəndə heyətlərinin səviyyəsini yüksəltməyi təklif etdik ki, konkret məsələləri müzakirə edək”. O, həm də qeyd edib ki, bunlar humanitar, hərbi və siyasi xarakterli məsələlərdir.

"Nümayəndə heyətlərimiz sonuncu dəfə İstanbulda görüşərkən siyasi məsələlər də daxil olmaqla, üç işçi qrupun yaradılmasını təklif etmişdik. Bir aydan çox vaxt keçib və Ukrayna tərəfdən heç bir cavab yoxdur", - Lavrov bildirib.

Lavrovun sözlərinə görə, Putin və Tramp Ukraynada sülhə nail olmaq istəyirlər. Amma Avropa siyasətçilərinin hərəkətləri göstərir ki, onlar bunu istəmirlər.

P.ƏMİRCANOVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
1
xalqqazeti.az

2Источники