RU

Lavrov: SSRİ ni bərpa etmək istəyənlərin başı yoxdur

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

“Mənim Alyaskada keçirilən Rusiya-ABŞ sammitinə üzərində “СССР” (SSRİ) yazılmış sviterlə getməyim Sovet İttifaqını bərpa etmək istəyindən xəbər vermir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Xeyr! Əlbəttə, biz Sovet İttifaqında doğulmuşuq. Amma Rusiya Prezidenti Vladimir Putin dəfələrlə söyləyib ki, SSRİ-nin dağılmasına peşman olmayanların ürəyi, amma onu bərpa etmək istəyənlərin də başı yoxdur. Bu, tamamilə doğru ifadədir”, - nazir müvafiq suala cavabında qeyd edib.

Lavrov bildirib ki, Rusiya bütün keçmiş sovet respublikalarını müstəqil dövlət kimi tanıyıb:

“Biz onlarla münasibətləri tam müstəqil dövlətlərlə olduğu kimi inkişaf etdiririk. Amma Ukrayna kimi dövlətlər fiziki və hüquqi cəhətdən rus olan hər şeyi məhv etməyə başlayanda... Təsəvvür edin ki, ingilis dilini, Amerika tarixini hansısa başqa ölkədə qadağan edirlər.

SSRİ-yə gəlincə, öz köklərini xatırlamırsansa, uşaqlıq, yeniyetməlik, ilk məhəbbət, dostlar haqqında nostalji xatirələr yoxdursa, o zaman insanlığı, bəşəri dəyərləri demək olar ki, real şəkildə təmsil edə bilməzsən. Bu illər ərzində həyatınızda baş verənləri xatırlamaq və qiymətləndirmək başqa şeydir, ətrafınızdakı hər şeyi hərbi yolla ələ keçirməyə çalışmaq başqadır. Eyni deyil”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
2
sherg.az

3Источники