RU

Trampın qudası ABŞ la Fransa arasında gərginliyə səbəb oldu DİPLOMATİK QALMAQAL

Bizim media saytına istinadən ain.az xəbər verir.

ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşnerin məktubu qalmaqala səbəb olub.Bizim.Media “Le Monde”yə istinadən xəbər verir ki, Kuşner Fransa prezidenti Emmanuel Makrona ünvanladığı məktubda ölkədə antisemitizmin artdığını bildirib və Parisin bu sahədə kifayət qədər tədbir görmədiyini vurğulayıb.

 

Səfir qeyd edib ki, “İsrail əleyhinə açıqlamalar və Fələstin dövlətinin tanınmasına yönələn addımlar ekstremistləri ruhlandırır, zorakılığı alovlandırır və Fransadakı yəhudilərin həyatını təhlükə altına qoyur”. 

O, əlavə edib ki, hər gün yəhudilər küçələrdə hücumlara məruz qalır, sinaqoqlar və onlara məxsus müəssisələr vandallıq hədəfinə çevrilir.Kuşner hökuməti nifrət zəminində törədilən cinayətlərə qarşı qanunları sərtləşdirməyə, yəhudi məktəblərinin, sinaqoqların və bizneslərin təhlükəsizliyini təmin etməyə çağırıb. Həmçinin Makrondan HƏMAS və onun müttəfiqlərinə “legitimlik qazandıran” addımlardan çəkinməyi xahiş edib.Fransa XİN isə səfirin açıqlamalarına sərt reaksiya verib. Rəsmi Parisin yaydığı bəyanatda bildirilir: “Fransa ABŞ səfiri Çarlz Kuşnerin prezidentə ünvanladığı məktubla tanış olub. Bu məktubda ölkəmizdə antisemitizm hallarının artması ilə bağlı narahatlıq ifadə edilir və guya hökumətimizin kifayət qədər tədbir görmədiyi iddia olunur. Fransa bu ittihamları qətiyyətlə rədd edir”.Nazirlik Kuşnerin bəyanatlarını “qəbuledilməz” adlandıraraq onların beynəlxalq hüquqa, xüsusilə də 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasında nəzərdə tutulan dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyinə zidd olduğunu vurğulayıb. Bildirilib ki, səfir Kuşner avqustun 25-də Fransa Xarici İşlər Nazirliyinə dəvət olunacaq.Qeyd edək ki, Çarlz Kuşner ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın qayınatasıdır.Xatırladaq ki, iyul ayında Makron sentyabrda BMT Baş Assambleyasında Fransa tərəfindən Fələstinin dövlət kimi tanınacağını bəyan etmişdi. İsrailin baş naziri Benyamin Netanyahu bu qərarı “terrora verilmiş mükafat” adlandırmış və İsrailin məhv edilməsi üçün “plasdarm yaradacağı” ilə bağlı xəbərdarlıq etmişdi.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
1
bizim.media

2Источники