RU

İsveç mediası isveçli siyasətçilərdən daha çox Trampdan yazır  

ABŞ Prezidenti Donald Tramp haqqında materiallar İsveçin media məkanında mərkəzi yer tutur. Onun ilk prezidentliyi dövründə bu mövzu bir neçə il dalbadal xəbər lentlərində dominantlıq edib və indi ABŞ lideri yenidən gündəm qayıdır.

AZƏRTAC xəbər verir ki, “TT” xəbər agentliyinin sifarişi ilə aparılan “Retriever” şirkətinin araşdırmasına əsasən, Trampın adı 2025-ci ilin yanvar-iyul aylarında 125 min dəfədən çox xatırlanıb ki, bu da İsveçin bütün partiya liderlərinin ümumi sayından iki dəfə çoxdur.

Müqayisə üçün qeyd edək ki, İsveç siyasətçiləri arasında siyahıya başçılıq edən baş nazir Ulf Kristerssonun adı təxminən 25 min dəfə çəkilib. Ümumilikdə bütün partiya liderlərinin adları cəmi 51 minə yaxın materialda yer alıb.

Höteborq Universitetindən media eksperti Maria Qrusselin fikrincə, Trampa diqqət onun həm dünya siyasətindəki əhəmiyyəti, həm də rəngarəng ünsiyyət tərzi ilə izah olunur. Tez-tez sərt açıqlamalar verməsi və sosial şəbəkələrdəki fəaliyyəti onun daim gündəmdə olmasını təmin edir.

Ekspert deyir: “O, çox qütbləşən bir şəxsiyyətdir, Trampla hər şey ya qara, ya da ağ rəngdədir. O, dəqiq düşündüyünü söyləyir və heç də “mötədil” İsveç siyasətçisinə oxşamır. İsveç siyasəti bizim müşahidə etdiyimiz Amerika siyasətinin həcmi fonunda itir. Üstəlik, bəzi siyasətçilər Trampı təqlid etməyə və elə həmin üslubda danışmağa başlayırlar”.

Tədqiqatçı qeyd edir ki, bu cür “media dominantlığı” ictimai diqqəti cəlb etmək üçün rəqabət aparmaqda getdikcə daha çox çətinliklə üzləşən İsveç siyasətçilərinin işini mürəkkəbləşdirir. O, həmçinin Trampın bəyanatlarının təkrarlanmasının deyil, onun qərarlarının mediada daha dərindən təhlilinin vacibliyini vurğulayıb.

Избранный
24
2
azerbaijan-news.az

3Источники