RU

Rumın senatoru “Heydər Əliyev” zirvəsinə yürüş edib

Azərbaycanda səfərdə olan Rumıniya Senatının Maramureş viləyətindən seçilmiş üzvü, iqtidardakı Milli Liberal Partiyanın parlament fraksiyasının sədr müavini, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin fəal üzvü, Senatın mədəniyyət və media komitəsinin sədri, həmçinin Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaş “Heydər Əliyev” zirvəsinə qalxıb. O, bu addımı Azərbaycanın Ümummilli liderinə ehtiramını ifadə etmək məqsədi ilə həyata keçirib.

“Heydər Əliyev” zirvəsi Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşir.

“Heydər Əliyev” zirvəsində rumıniyalı millət vəkili Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin ehtiramını ifadə edib, onun Azərbaycan tarixində misilsiz rolu və xidmətlərini qeyd edib. O, həmçinin, zirvəyə yürüşünü Rumıniya-Azərbaycan dostluq və strateji əməkdaşlıq əlaqələrinə həsr edib. Bununla yanaşı, senator Qarabağa səfərini vurğulayaraq, prezident İlham Əliyevin Qarabağ bölgəsinə göstərdiyi xüsusi diqqəti və aparılan miqyaslı tikinti-bərpa işlərinin bariz şahidi olduğunu bildirib.

Qeyd edək ki, senatoru Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, Azərbaycan Respublikasının Alpinizm Federasiyasının baş katibi Sənan Rəsulov və tanınmış azərbaycanlı alpinist, bir çox beynəlxalq dağ ekspedisiyalarının iştirakçısı Sima Səfərova müşayiət edib.

Избранный
35
11
publika.az

10Источники