RU

Lavrov Alyaskaya “СССР” yazılı köynəkdə getməsindən danışdı – VİDEO

Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaskada üzərində “SSRİ” yazısı olan sviter geyinməsinin Sovet İttifaqını bərpa etmək niyyəti daşıdığı ilə bağlı iddiaları təkzib edib.

Bizim.Media xəbər verir ki, o, “NBC”yə müsahibəsində bu barədə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov Alyaskaya üzərində SSRİ yazılan köynəklə getdi - VİDEO


Jurnalistin bu geyimlə “SSRİ-nin qayıdışı” mesajı vermək istəyib-istəmədiyi sualına Lavrov belə cavab verib:

“Xeyr. Biz Sovet İttifaqında doğulmuşuq. Prezident Vladimir Putin dəfələrlə bildirib ki, SSRİ-nin dağılmasına görə təəssüflənməyən insanın ürəyi yoxdur, amma onu bərpa etmək istəyən insanın isə başı yoxdur. Bu, tamamilə doğru fikirdir”.

Nazir vurğulayıb ki, hər bir insan öz köklərini bilməli, gənclik, dostlar və ilk məhəbbət kimi xatirələrini qoruyub saxlamalıdır:

“Əgər insan öz köklərini xatırlamırsa, nostalji hissləri yoxdursa, onda onun həqiqətən bəşəriyyət və insan dəyərləri barədə təsəvvürü çətin ki olsun”.

Lavrov əlavə edib ki, Rusiya bütün keçmiş sovet respublikalarını müasir, suveren dövlətlər kimi tanıyır və münasibətlərini də bu prinsiplə qurur.

Xatırladaq ki, prezident Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın sammiti avqustun 15-də Alyaskada keçirilib. Lavrov Rusiya nümayəndə heyətinin tərkibində iştirak edib. “İzvestiya”nın yaydığı videoda onun Ankoricdə yerləşən otelə “SSRİ” yazılı sviterlə gəldiyi görünür. Daha sonra Putin bu geyim barədə zarafat edərək Lavrovu “imperialist” adlandırıb.


Bizim.Media

Избранный
10
bizim.media

1Источники