"Araz-Naxçıvan" Misli Premyer Liqasının II turunda səfərdə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmada vurulan ilk qol Naxçıvan təmsilçisi üçün əlamətdar olub. Bu, onların Azərbaycan çempionatlarında səfərdə vurduğu 50-ci qol olub.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Yubiley qolunun müəllifi 38-ci dəqiqədə fərqlənən Şarl Boli olub.
Bu qalibiyyət klub tarixinə Premyer Liqada ümumilikdə 116-cı matçda 35-ci qələbə kimi düşüb.
Qeyd edək ki, “Araz-Naxçıvan” ilk qələbəsini 2000-ci il avqustun 20-də səfərdə “Şahdağ” (Quba) üzərində qazanıb – 1:0. Qələbə qolunun müəllifi İlham Allahyarov klub tarixinə ilk səfər qolunun müəllifi kimi düşüb.