RU

“Supertoys”dan dünənki yanğınla bağlı AÇIQLAMA

Qaradağ rayonu ərazisindəki "Sədərək" ticarət mərkəzinə qonşu ərazidə “Supertoys” MMC-nin anbarında baş verən dünənki yanğınla bağlı yeni açıqlama verilib.

“Supertoys” MMC-dən Modern.az-a verilən açıqlamada bildirilib ki, dünən yanğın baş verən ərazidə bu şirkətin anbarından əlavə 10-a yaxın digər şirkətlərə məxsus anbarlar fəaliyyət göstərirdi.

“Yanğın digər anbardan başlayıb və “Supertoys” anbarı da zərər çəkənlər arasında olub.

Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yaxın zamanda yanğının baş vermə səbəbi dəqiq açıqlanacaq və hüquqi rəy veriləcəkdir. Məlumat üçün bildirək ki, “Supertoys” MMC-nin bu anbardan əlavə 6 anbarı müxtəlif ərazilərdə fəaliyyət göstərir. Məhsullar da anbarlarda bölgü üzrə paylanılıb”.

"Supertoys" rəsmi olaraq bildirir ki, müştərilərə xidmət göstərməkdə heç bir çətinlik olmayacaq. Müştərilər istədikləri məhsulları əvvəlki qaydada “Supertoys” mağazalarından və ya onlayn əldə edə biləcəklər. “Supertoys” mağazalar şəbəkəsi əvvəlki qaydada fəaliyyətini davam etdirir.

Избранный
46
18
modern.az

10Источники