Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Almaniya arasındaticarət əməliyyatlarının həcmi 888,6 milyon ABŞ dolları təşkiledib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 40,4 milyon ABŞ dolları və ya 4,8% çoxdur.
Hesabat dövründə Almaniya ilə ticarət əməliyyatları Azərbaycanınümumi ticarət dövriyyəsinin 3,8%-i həcmində olub. Bununla daAlmaniya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələrsırasında 5-ci yerdə qərarlaşıb.
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Almaniyaya 376,3milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 5,1 milyon ABŞ dolları və ya 1,3% azdır.
Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında AlmaniyadanAzərbaycana 512,3 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 45,5 milyon ABŞ dolları vəya 9,7% artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanxarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25%çoxdur.
Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illikifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.