RU

Bosfor boğazını üzərək keçmək istədi, İTKİN DÜŞDÜ - VİDEO

Rusiyalı üzgüçü Türkiyədə Bosfor boğazını üzüb keçməyə çalışarkən itkin düşüb. 

Bizim.Media xəbər verir ki, 29 yaşlı Nikolay Sveçnikov “Bosfor 2025” üzgüçülük marafonu zamanı itib.

Təcrübəli üzgüçü yarışa ilk başlayanlardan biri olsa da, startdan təxminən 500-600 metr sonra gözdən itib.

6,5 kilometrlik məsafəni əhatə edən yarışda ümumilikdə 3000 nəfər iştirak edib. Lakin yalnız o, finişə çata bilməyib. Üzgüçünün axtarışı davam etdirilir.


Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
47
4
bizim.media

7Источники