RU

“Çıraq-1” və “Çıraq-2” KSES-də istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Tərtər çayı üzərində yerləşən“Çıraq-1” və Qaraarxac çayı üzərindəki “Çıraq-2” kiçik su elektrik stansiyalarında indiyədək 91,4 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.

Bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, stansiyalar 2023-cü ilin 25 avqust tarixində istismara verilib.

Məlumata görə, ümumi gücü 8,33 MVt olmaqla, hər biri 4,165 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Çıraq-1” KSES-də istismara verildiyi tarixdən iyulun 1-dək 51 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

“Hər biri 3,0 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət ümumi gücü 6 MVt olan basqılı derivasiya tipli “Çıraq-2” KSES-də isə bu ilin iyul ayınadək 40,4 mln. kVt-saat elektrik enerjisi istehsal edilib”, – məlumatda qeyd olunur.

Bildirilir ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal olunur.

Избранный
36
7
banker.az

5Источники