ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali "TASS" dövlət xəbər agentliyinə müsahibəsində dilə gətirib. O söyləyib ki, bu məsələ üzrə hazırda "Qazprom" şirkəti ilə danışıqlar aparılır. "Təqribən bütün məsələlər öz həllini tapıb. Qazın qiyməti barədə də ortaq məxrəcə gəlsək, əməli işə başlanacaq", – səfir söyləyib. Məlumat üçün bildirək ki, Rusiyanın energetika naziri Sergey Tsivilyev Rusiya qazının mövcud infrastruktur vasitəsilə İrana nəqlinin 2025-ci ildə başlaya biləcəyini demişdi. Bu çərçivədə ildə 1,8 milyard kubmetr qaz satışı nəzərdə tutulur. Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.