RU

Kolleclərə qeydiyyat başa çatır

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi bu gün başa çatır. Qeydiyyat prosesi 25 avqust saat 18:00-dək davam edəcək. 

AzEdu.az xəbər verir ki, qəbul olunan şəxslər //portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
 
Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. 
 
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Избранный
60
7
azedu.az

10Источники