RU

Çimərlik futbolu millimizin heyəti açıqlanıb

Çimərlik futbolu üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsi üçün heyəti açıqlanıb.

Bakues.az xəbər verir ki, siyahıya ikisi qapıçı olmaqla ümumilikdə 12 oyunçu əlavə edilib.

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov

Oyunçular: Sahib Məmmədov, Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, Kamil Hüseynov

Qeyd edək ki, turnir sentyabrın 7-dən 15-dək İtaliyanın Viareccio şəhərində təşkil olunacaq. B Liqasının A qrupunda yer alan Azərbaycan millisi Belçika və Litva ilə üz-üzə gələcək.

Millimizin oyunlarının təqvimi:

11 sentyabr

16:00. Azərbaycan – Belçika

12 sentyabr

12:15. Litva – Azərbaycan

Qeyd edək ki, final mərhələsində B Liqası hərəsində 3 komanda olmaqla iki qrupdan ibarətdir. Qruplarda ilk iki yeri tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar. Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüş keçiriləcək.

Избранный
15
18
icma.az

10Источники