RU

Urmu gölü yayın sonuna kimi quruyacaq...


Urmu gölü yayın sonuna kimi quruyacaq. Bunu İranın Ətraf Mühit Təşkilatının dəniz və bataqlıqlar üzrə direktor müavini Əhmədrza Lahicanzadə deyib.

"Gölün hazırkı səviyyəsi 1269,74 metr, sahəsi 581 kvadrat kilometr, suyun həcmi isə təxminən yarım milyard kubmetrdir.

İyul, avqust və sentyabr aylarında buxarlanmanın intensivliyini və ölkə üzrə yüksək temperaturu nəzərə alsaq, buxarlanmanın bu intensivliyi və gölün səthinə daxil olan suyun olmaması onu göstərir ki, biz çox güman ki, bu yayın sonuna kimi gölün tamamilə qurumasının şahidi olacağıq.

Gölü xilas etmək üçün indi görülməli olan iş payız əkini üçün kənd təsərrüfatı bitkilərinin növünün müzakirəsinə başlamaq, fermerlərin su payını müəyyən etmək və gölə daxil olan suyun miqdarını nəzərdən keçirməkdir"-, deyə Ə.Lahicanzadə bildirib.

ZÜMRÜD

Избранный
48
10
baki-xeber.com

10Источники