RU

Camil Zibert 4,5 milyon avroya “Leççe”də!

Almaniyanın “Fortuna” (Düsseldorf” klubunun mərkəz müdafiəçisi Camil Zibert bundan sonra “Leççe”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

“Leççe” bu transferi 4,5 milyon avroya rəsmiləşdirib. Tərəflər 3+2 illik müqaviləyə imza atıblar.

Camil Zibert “Fortuna”nın öz yetirməsidir. O, bir müddət Köln “Viktoriya”sında icarədə də olub. Zibertin “Fortuna” karyerası 54 oyun, 1 qol və 4 assistdən ibarətdir.

Almaniyalı futbolçu bu ölkənin U-18, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Избранный
12
arena.az

1Источники