RU

Sədərəkdəki yanğında xəsarət alanlar olub? — RƏSMİ

Ötən gün saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub. Çağırış əsasında 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Bu barədə Demokrat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Məlumata görə, təcili tibbi yardım briqadasına ümumilikdə, 13 nəfərin (hər biri kişi cinsli) müraciəti qeydə alınıb:

"Onlardan 3 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Digər 10 nəfərə isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib".

Cavidan Mirzəzadə
Demokrat.az
Избранный
91
30
demokrat.az

10Источники