Sea Breeze

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi tərəfindən “142” Çağrı Mərkəzinin əməkdaşları üçün “Psixoloji Təhlükəsizlik” və “İlk Yardım” mövzularında təlim təşkil olunub.

Təlim “142” Çağrı Mərkəzinin əməkdaşlarının peşəkar hazırlıq səviyyəsinin artırılması, iş mühitində təhlükəsizliyin və effektivliyin təmin olunması məqsədilə keçirilib. Bundan əlavə, təlim “142” Çağrı Mərkəzinin fəaliyyətinin daha səmərəli təşkilinə, əməkdaşların təhlükəsiz və sağlam iş şəraitində çalışmasına, eləcə də vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır.

Təlim zamanı iştirakçılara stresin idarə olunması, emosional dayanıqlığın gücləndirilməsi, iş yerində psixoloji təhlükəsizliyin qorunması ilə bağlı nəzəri və praktiki biliklər təqdim edilib. Eyni zamanda baş verə biləcək qəzalar zamanı ilkin yardımın göstərilməsi ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX