RU

Putin və Pezeşkian telefonla danışdılar

Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, Telefon danışığı zamanı Vladimir Putin Ankoricdə keçirilən Rusiya-Amerika sammitinin əsas nəticələri barədə məlumat verib. Məsud Pezeşkian Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş davam edən diplomatik səyləri dəstəklədiyini bildirib. Dominos pizza

İkitərəfli gündəliyin bir sıra cari məsələləri, o cümlədən enerji və nəqliyyat sektorları müzakirə edilib.

İranın nüvə proqramı ətrafında vəziyyət və Cənubi Qafqaz regionunda baş verən proseslərə də toxunulub.

Vladimir Putin və Məsud Pezeşkian Rusiya-İran əməkdaşlığının müxtəlif sahələrdə daha da genişləndirilməsinə sadiq olduqlarını təsdiqləyib və Çində keçiriləcək ŞƏT sammitində görüşmək barədə razılığa gəliblər.


Telegram kanalımız
Избранный
36
3
yenisabah.az

4Источники