Bakıda hədiyyə və aksessuar mağazasında yanğın baş verib.
Bu barədə görüntülər Far.Az-ə daxil olub.
Bildirilib ki, Fəvvarələr Meydanında yerləşən "Pink" mağazasının anbarında qısaqapanmadan yanğın başlayıb.
FHN-dən Far.Az-ə verilən məlumata əsasən mağaza əməkdaşları qısa müddətdə yanğını söndürüb, sahibkara ciddi ziyan dəyməyib.
Şahanə Xankişiyeva