"Qarabağ" - "Ferentsvaroş" matçından öncə keçiriləcək mətbuat konfranslarının və media nümayəndələri üçün açıq məşqin vaxtları məlum olub.
Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 26-da saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Saat 18:00-da isə Azersun Arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
"Ferentsvaroş"un fbaş məşqçisi Robbi Kinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 20:00-da start götürəcək. Macarıstan təmsilçisinin ölkəmizdə məşqi nəzərdə tutulmayıb.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferensvaroş” görüşü saat 20:45-də başlayacaq.