RU

"Sabah “Kapital Bank” yansa, yazacaqlar ki, ““Sədərək” yanır" - Mətbuat katibindən etiraz

“Supertoys” MMC-yə məxsus anbarda yanğın, nəhayət ki, söndürülüb. Yazırlar ki, guya “Sədərək” ticarət mərkəzində yanğın təhlükəsizliyinə əməl olunmayıb. Məlumatın bu şəkildə yayılması düzgün deyil. Bizim ərazidə “Kapital Bank”ın, digər bankların binaları, yanacaqdoldurma məntəqəsi də var. Sabah “Kapital Bank” yansa, yazacaqlar ki, ““Sədərək” yanır”. Ötən gün bəzi kütləvi informasiya vasitələri narahatlıq yaratdılar. Televiziya kanallarında da məlumat bu cür getdi. “Supertoys” MMC-yə məxsus anbar bizim mərkəzdən 200-500 metr aralıda yerləşir. Məlumatı əvvəlcədən dəqiqləşdirib yaymaq lazımdır. Camaat elə bilir ki, “Sədərək” yanır, bu, nə qədər adama mənfi təsir edir”.

Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında “Sədərək” ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib.

P.S. Mİa.az xatırladır ki, yanğının məhz "Sədərək"də olması barədə xəbər rəsmi qurumlar, o cümlədən FHN-in rəsmi açqlamarında yer alıb.

Избранный
56
7
mia.az

8Источники