Azərbaycan Badminton Federasiyasında (ABF) yeni təyinat olub.


Bu barədə Rekord.az-a qurumdan məlumat verilib.


Əjdər Cəfərov ABF prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin edilib.


Əjdər Cəfərov 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.