"Neftçi" basketbol komandası heyətini gücləndirməyə davam edir.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" bu dəfə Toni Perkoviçi heyətinə cəlb edib. Onunla bir mövsümlük müqavilə imzalanıb.

Xorvatiyalı basketbolçu son mövsümü İtaliyanın "Forli" klubunda keçirib.

Qeyd edək ki, T. Perkoviç Xorvatiya millisinin heyətində də çıxış edib.