RU

Azərbaycanda neft kəmərlərində olan itkilərin həcmi açıqlanıb

Bu ilin birinci yarısında Azərbaycanda neft kəmərlərində 2,3 min ton itki olub, bu da illik müqayisədə 4,5% çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2024-cü ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 2,2 min ton təşkil edib.

Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərləri ilə 18 513 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 3,8% azdır. Nəqletmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 13 924,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,8% azdır.

Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 4,5 min ton itki olub, bu da illik müqayisədə 18,4% çoxdur.

Ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i BTC ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.

​​​​​​"Cebheinfo.az"

Избранный
47
4
cebheinfo.az

6Источники