BAKI, 25 avqust. TELEQRAF
Suriya Prezidenti Əhməd Şaraa gələn ay Nyu-Yorkda (ABŞ) keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyindən AFP-yə bildirilib.
“Suriya Prezidenti Əhməd Şaraa Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak və çıxış edəcək”, - mənbə vurğulayıb.
Məqalədə qeyd olunub ki, bu, Suriya prezidentinin 1967-ci ildən bəri ilk dəfə Baş Assambleyanın iclaslarına qatılması demək olacaq. Əvvəlki prezidentlər Hafiz Əsəd və Bəşər Əsəd qurumun toplantılara qatılmayıb.
Dəməşq ölkəni yenidən qurmaq üçün beynəlxalq tanınma və iqtisadi dəstək qazanmağa çalışır.