RU

IX “Muğam” Televiziya Müsabiqəsinin qalibləri elan olundu

Laçın, 25 avqust. TELEQRAF

Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi baş tutub.

Teleqraf-ın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, müsabiqəsinin final mərhələsində qaliblərin adı açıqlanıb və onlar mükafatlandırılıblar.

8-16 yaşında yeniyetmələr arasında:

Birinci yerin sahibi Əhəd Ağayev,
ikinci yerin sahibi Murad Nəbizadə və
üçüncü yerin sahibi Kənan Tağızadə layiq görülüb.

16-30 yaşında gənclər arasında isə müsabiqənin qalibi Aytac Baybəlayeva,
ikinci yerin sahibi Nərmin Mirzəyeva,
üçüncü yerin sahibi Rəis Niftəliyev layiq görülüb.

Müsabiqənin münsiflər heyətinin kürsüsündə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi əyləşiblər.

Qeyd edək ki, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilib.

Избранный
69
3
teleqraf.com

4Источники