Axar.az xəbər verir ki, bu haqda SEPAH-ın siyasi bölməsinin həftəlik büllettenində bildirilib.
"İsrailin İraq səmasından istifadə edərək İranın hava məkanına sızması 12 günlük müharibə bitəndən sonra da davam edib", - məlumatda yazılıb.
Büllettendə İraq hökuməti İranın proksi qüvvələrinin aktivləşdiriləcəyi ilə təhdid edilib:
"Bağdad hökuməti hava hücumundan müdafiə sistemlərini yerləşdirməklə və ya İsrail qırıcılarının ölkə üzərində uçmasının qarşısını almaq üçün ABŞ-a təzyiq etməklə bu hava məkanı pozuntularını dayandırmalıdır. Əks halda, İraq müqaviməti ölkənin səmasını qorumaq üçün müdafiə sistemlərini yerləşdirməyə legitimlik qazanacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31