RU

Trampdan yeni fərman: Bunu edənlər cəzalandırılacaq

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Donald Tramp Amerika bayrağının təhqir olunmasını və yandırılmasına görə cəza mexanizmlərini nəzərdə tutan fərman imzalayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Bayraq Amerika Birləşmiş Ştatlarının ən müqəddəs və ehtiram olunmalı simvoludur. Onun təhqir edilməsi mahiyyətcə təxribat xarakteri daşıyır. Bu, ölkəmizə qarşı hörmətsizlik və düşmənçilikdir”, – Tramp vurğulayıb.

Sənədə əsasən, vətəndaşlığı olmayan şəxslərə verilən vizalar və digər immiqrasiya icazələri bayrağın təhqir edilməsi fonunda dərhal ləğv ediləcək.

Amerika bayrağının siyasi etiraz fonunda yandırılması ABŞ Ali Məhkəməsinin 1989-cu il qərarındakı birinci düzəlişlə qorunur.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
49
1
globalinfo.az

2Источники