RU

ABŞ Çin yaxınlığında F 35 qırıcıları yerləşdirdi

ain.az bildirir, Bakivaxti portalına istinadən.

ABŞ və müttəfiqləri Çin yaxınlığında (Sakit okean) bir neçə təyyarədaşıyan və F-35 qırıcıları yerləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Nəşr yazıb ki, ABŞ-nin Avstraliya, Yaponiya və Cənubi Koreya kimi müttəfiq ölkələrlə birlikdə atdığı bu addım regionda Çin hərbi təhdidinin qarşısını almaq üçün Vaşinqtonun genişmiqyaslı strategiyasının bir hissəsidir.

Qərargahı Havayda yerləşən ABŞ-nin Hind-Sakit Okean Komandanlığı bildirib ki, F-35 qırıcıları birlikdə işləmə qabiliyyətini, Birləşmiş Ştatlar və müttəfiqlərinin birgə döyüş gücünü artırır.

Çinin Vaşinqtondakı səfirliyi bundan sonra ABŞ-nin Çin yaxınlığında hücum silahları yerləşdirməsinin regionu barıt çəlləyinə çevirə biləcəyi barədə xəbərdarlıq edib. Pekin təhlükəsizlik narahatlıqlarına hörmətlə yanaşmağa, regional sülh və sabitliyə xələl gətirməyə son qoymağa çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
51
4
bakivaxti.az

5Источники