Xocavəndin iki kəndində yanğın başlayıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, yanğınlar Xocavənd rayonunun Edilli və Ağbulaq kəndi ərazisindəki meşə massivində başlayıb.
Hadisə yerinə FHN-in Füzuli və Cəbrayıl rayonlarının yanğınsöndürən bölməsinin əməkdaşları, havadan Aviasiya dəstəsinin helikopteri cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.