RU

Dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar...

“Report” xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, komanda qitə birinciliyində 1 dəst medal qazanıb.

Yığmamız 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 90 xal toplayıb və dünya üçüncüsü olub. Mlli həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Yığmanın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.

Poliqon.info

Избранный
31
4
poliqon.info

5Источники