RU

Cənubi Qafqaza birbaşa aidiyyəti olmayan 2 dövlət Azərbaycansız müzakirə açdılar...


Ermənistan mediasının görüş barədə verdiyi interpretasiya manipulyasiya elementləri daşıyır

Erməni mediası yazır ki, Fransa prezidenti Emmanuel Makron sosial şəbəkədə qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevlə söhbəti barədə məlumat verib. Bu söhbət zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

“Biz 2023-cü ilin noyabrında Qazaxıstana səfərimdən və Prezident Tokayevin ötən ilin noyabrında Fransaya dövlət səfərindən sonra, xüsusilə nəqliyyat və enerji sahəsində strateji tərəfdaşlığımızın gücləndirilməsi məsələsini müzakirə etdik”, - erməni mediasına görə, Fransa Prezidenti qeyd edib.

Cənubi Qafqaza dəxli olmayan ölkələrin liderlərı - Makron və Tokayev arasında "Cənubi Qafqazda vəziyyət" nə mənada müzakirə edilə bilər? Bunların heç birinin Cənubi Qafqazla birbaşa heç bir bağlılığı yoxdur axı...

Baki-xeber.com saytının araşdırmasına görə, Makronun X sosial şəbəkəsindəki postu erməni mediası tərəfindən kontekstdən çıxarılıb. Post orjinalda belə yazılıb: "Mən indicə Qazaxıstan Prezidenti cənab Tokayevlə danışdım.

2023-cü ilin noyabrında Qazaxıstana səfərim və Prezident Tokayevin ötən ilin noyabrında Fransaya dövlət səfərinin davamı olaraq, xüsusilə nəqliyyat və enerji sahələrində strateji tərəfdaşlığımızı gücləndirməyi müzakirə etdik.

Biz beynəlxalq vəziyyəti də nəzərdən keçirdik: Rusiyanın Ukraynaya qarşı müharibəsi və Cənubi Qafqazda gedən danışıqlar"

Yəni iki prezidentin telefon danışığının məqsədi heç də, Ermənistan mediasının yazdığı kimi, Cənubi Qafqazda vəziyyəti müzakirə etmək olmayıb. Onlar öz əlaqələrini müzakirə edib və beynəlxalq vəziyyəti də nəzərdən keçiriblər, bu zaman Ukrayna-Rusiya müharibəsinə və Cənubi Qafqazda sulh danışıqlarına toxunublar. Bu istənilən iki prezidentin görüşündə toxunulması mümkun olan məsələdir. Lakin erməni mediası müzakirə edilən məsələlərin ardıcıllığını dəyişərək elə təqdim edir ki, guya Makron və Tokayev Cənubi Qarqazda vəziyyəti müzakirə etmək üçün zəngləşib danışıblar. Ermənilər məsələlərin ardıcıllığını qəsdən pozaraq görüşün mahiyyətini sadəcə olapraq konteksptdən çıxarmağa çalışıblar. Yəni Ermənistan mediasının verdiyi interpretasiya manipulyasiya elementləri daşıyır.

Makronun orijinal paylaşımından göründüyü kimi, əsas məqsəd ikitərəfli əlaqələrin (xüsusilə nəqliyyat və enerji sahələrində strateji tərəfdaşlığın) müzakirəsi olub. Yalnız ümumi beynəlxalq məsələlər kontekstində Ukrayna müharibəsi və Cənubi Qafqazdakı sülh danışıqlarına toxunulub.

Bu, diplomatik praktikada çox normal haldır: prezidentlər əsasən öz əlaqələrini möhkəmləndirmək barədə danışır, ardınca dünyada baş verən aktual proseslərə də qısa şəkildə münasibət bildirirlər. Amma erməni mediası bunu belə təqdim edir ki, guya Tokayevlə Makron məxsusi Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün əlaqə saxlayıblar. Bu isə hadisənin ardıcıllığını pozmaq, əsas mövzunu kölgədə qoymaq və Fransa-Qazaxıstan dialoqunu Ermənistanla əlaqələndirmək cəhdi kimi görünür.

Belə manipulyasiyalara erməni KİV-lərinin informasiya siyasətində tez-tez rast gəlinir. Onlar xarici liderlərin ümumi diplomatik şərhlərini “Ermənistanla bağlı xüsusi dəstək bəyanatı” kimi təqdim etməyə meyllidirlər.

Bu tip halların keçmiş nümunələrini də göstərə bilərik. Məsələn, Makronun və ya digər Qərb liderlərinin açıqlamalarının Ermənistan mediası tərəfindən şişirdilməsi halları kifayət qədərdir.

Gəlin, bir neçə tipik nümunəni sadalayaq ki, Ermənistan mediasının informasiyaların kontekstini necə dəyişdiyi aydın olsun.

Elə ilk növbədə Makronun Qarabağla bağlı keçmiş açıqlamalarına diqqət yetirək:

- Orijinal mətn: Makron Fransa Senatında deyib ki, “Cənubi Qafqazda sabitlik vacibdir, Ermənistan və Azərbaycan arasında dialoq davam etməlidir”.

- Erməni KİV-lərinin təqdimatı: “Makron Ermənistana dəstəyini bir daha ifadə etdi, Qarabağ ermənilərinin hüquqlarını qoruyacağına söz verdi.”

Əslində isə Makron ümumi region sabitliyindən danışır, amma Ermənistan mediası bunu yalnız Ermənistanı müdafiə mesajı kimi təqdim edir.

Erməni mediasının manipulyasiya hədəfinə tuş gələň ABŞ Dövlət Departamentinin açıqlamalarına nəzər salaq:

- Orijinal mətn: “ABŞ Ermənistan və Azərbaycan arasında davamlı sülhün əldə olunmasını dəstəkləyir.”

- Erməni mediası: “ABŞ Ermənistanın yanında olduğunu bildirdi”.

Əslində ABŞ neytral tərəf kimi sülhü təşviq edir, amma erməni informasiya resursları bunu Ermənistana xüsusi siyasi dəstək kimi göstərir.

Erməni mediası tərəfindən kontekstdən çıxarılan, hətta Avropa Parlamentində qəbul olunan qətnamələr də var.

- Orijinal mətn: Avropa Parlamenti bəzən Qarabağda humanitar vəziyyəti, məcburi köçkünlərin hüquqlarını və s. ümumi məsələləri qeyd edir.

- Erməni mediası: “Avropa Qarabağı Ermənistan kimi tanıdı, Azərbaycanı təcavüzkar adlandırdı”.

Əslində heç vaxt belə bir tanıma olmayıb, sadəcə humanitar məsələlərə diqqət çəkilir.

Rusiya rəsmilərinin bəyanatları da bir çox hallarda erməni medıasının bu cür hədəfinə çevrilir.

- Orijinal mətn: “Rusiya Ermənistan və Azərbaycanla müttəfiq münasibətləri saxlayır, regionda sabitlik üçün çalışır.”

- Erməni mediası: “Rusiya Ermənistanı müdafiə edəcəyini bəyan etdi.”

Halbuki, Moskva hər iki tərəfə balanslı yanaşmağa çalışır, amma Ermənistan informasiya məkanında bunu “xüsusi Ermənistan himayəsi” kimi yozurlar.

Ermənistan mediasının əsas taktikası ardıcıllığı pozmaq (əsas mövzunu kölgəyə salmaq), neytral bəyanatları Ermənistana dəstək kimi göstərmək, şişirtmə və manipulyasiya ilə ictimai rəyi formalaşdırmaqdır.

Makron və Tokayevin telefon danışığı da bu taktikanın son “qurban”larından biri sayıla bilər.

Akif NƏSİRLİ

Избранный
24
baki-xeber.com

1Источники