“Ermənistan öz qarşısına Azərbaycanla arasında etimadı damla-damla yaratmaq vəzifəsini qoyub”.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.
Baş nazir iki ölkə arasında etimadın yaradılmasının diplomatiyanın vəzifəsi olduğunu bildirib.
“Etimad olarsa, sülh müqaviləsinə ehtiyac özü-özünə aradan qalxacaq”, - Paşinyan qeyd edib.